Putin və Lukaşenko bir-birilərini təbrik etdi
10 May 2021 10:10 DünyaRusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.
Liderlər Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.
Dövlət başçıları həmçinin gündəlikdə duran ikitərəfli məsələləri müzakirə edib, Rusiya-Belarus partnyorluğu və ittifaqının gücləndirilməsi yönündə qarşılıqlı inamın olduğunu bir daha təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31