Ukraynanın separtizmə qarşı mübarizəsi uğurla nəticələnəcək
7 May 2021 13:16 Dünya" Yayda Brüsseldə keçiriləcək zirvə toplantısında Ukraynanın NATO üzvülüyünə baxılacaq. ABŞ prezidenti C. Baydenin prezidentliyi dönəmində Kiyevin Alyansa üzvülüyünün qəbulu reallaşması mümkündür". "OLAYLAR" xəbər verir ki, bu fikiri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, C.Bayden B. Obama dövründə Ukrayna siyasətini kurasiya edirdi və Kiyevə hərtərəfli dəstək verirdi: "Hazırda prezident kimi bu dəstəyi daha da inkişaf etdirir. Rusiyanın Ukraynaya qarşı aqressiyası mümkün olmayacaq. NATO üzvü kimi Ukraynanın separtizmə qarşı mübarizəsi uğurla nəticələnəcək. Bundan əlavə, Ukraynanın üzvülüyü rəsmiləşdirildikdən sonra Gürcüstanının da NATO-ya üzvlük qəbulu reallaşacaq. Əsas strategiya Vaşinqton tərəfindən bu istiqamətdə planlaşdırılır. Bundan sonra Rusiyanın Ukraynaya və Gürcüstana qarşı təhdidləri kifayət qədər zəifləyəcək. Azərbaycana gəldikdə isə, ölkəmizin NATO-ya üzvülüyü Türkiyə ilə strateji əlaqələrindən asılı olacaq.