SON DƏQİQƏ: Rusiya ordusu böyük qüvvə ilə sərhədə doğru irəliləyir

Rusiya Ukrayna sərhədinə yenidən hərbi qüvvələr cəlb edir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki etibarlı mənbə yerli mediaya açıqlama verib. İddialara görə, Moskva sərhədə 80 min hərbçi göndərir. Bildirilir ki, Rusiya NATO-nun tələbini qəbul edərək, hərbi qüvvələrinin bir hissəsini həqiqətən sərhəddən çəkib. Buna baxmayaraq, hərbi alyans Moskvaya qarşı təxribatlar törədir. Buna cavab olaraq, Rusiya Ukrayna sərhədinə yenidən hərbi qüvvə toplayır.

ABŞ-ın Avropadakı xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Mişel Repass bildirib ki, Rusiya Ukrayna sərhədindən qüvvələrin əsas hissəsini geri çəkməyib, "ödürücü qüvvələr" orada saxlanılıb. Ekspertlər hesab edir ki, Kreml lazım olarsa Ukrayna sərhədinə 4-5 saat ərzində 200 minlik ordu cəlb edə bilər. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31