Putin Rusiya istehsalı vaksinləri “Kalaşnikov”la müqayisə etdi
7 May 2021 10:45 DünyaRusiya prezidenti Vladimir Putin videokonfrans formatında keçirilən görüşlərdən birində Rusiyada istehsal olunan vaksinləri tərifləyib.
Olaylar.az xəbər verir ki, ölkə başçısı Rusiya istehsalı peyvəndləri çox müasir və indiyədək ən etibarlı vaksin olaraq xarakterizə edib.
Vladimir Putin, "Avropalı mütəxəssislərdən birinin dediyi kimi, rus peyvəndləri "Kalaşnikov" tüfəngi qədər etibarlıdır. Bunu onlar deyirlər, biz yox", - deyə Putin diqqətə çatdırıb.
Rusiya prezidenti "Sputnik Light" adlı peyvəndin də təsdiqlənməyə hazır olduğunu açıqlayıb.
Rusiya səhiyyə orqanları da COVID-19 əleyhinə hazırlanmış iki dozalı "Sputnik V" peyvəndinin tək dozalı versiyası hesab olunan "Sputnik Light"ın təcili istifadə üçün təsdiqləndiyini bildiriblər.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31