Koçaryan Paşinyanı məhkəməyə verdi - 4 min dollar istəyir

Yerevanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Nikol Paşinyana qarşı şikayətini qəbul edib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, R.Koçaryan N.Paşinyanı böhtan və iftirada ittiham edib.

Qeyd olunur ki, iddia ərizəsi R.Koçaryanın vəkilləri tərəfindən aprel ayında təqdim edilib.

Sabiq prezident Nikol Paşinyandan 4 min dollar məbləğində təzminat tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31