Rus qırıcısı ABŞ təyyarəsinə müdaxilə etdi - Sərhəddə gərginlik
6 May 2021 12:48 DünyaRusiyanın MİQ-31 döyüş təyyarəsi Çukot dənizi üzərindən ölkə sərhədlərinə yaxınlaşan ABŞ-a məxsus RC-135 tipli kəşfiyyat təyyarəsinə müdaxilə edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, radarlar Rusiya sərhədinə yaxınlaşan "yad təyyarə" aşkar edəndən sonra rus qırıcısı dərhal havaya qaldırılıb.
MİQ-31 qırıcısı RC-135 laynerinin qarşısını kəsərək, onun bölgədən uzaqlaşmasını tələb edib. Nəticədə ABŞ təyyarəsi Rusiya sərhədini pozmadan bölgədən uzaqlaşıb. metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31