Bill Qeytsin xəyanəti ona baha başa gəldi
6 May 2021 11:40 Dünya"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts 27 ildir evli olduğu Melinda Qeytsdən boşanıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Bill Qeyts keçmiş həyat yoldaşı ilə sərvətini artıq bölüşdürməyə başlayıb. Belə ki, ilk mərhələdə o keçmiş həyat yoldaşına 1,8 milyard dollar ödəyib.
İddialara görə, o sərvətinin təqribən yarısını Melindaya vermək məcburiyyətindədir.
İddialar arasında cütlüyün ayrılmasına səbəb kimi Bill Qeytsin xəyanəti göstərilir. 65 yaşlı milyarderin öz işçisi Vanq adlı xanımla eşq yaşadığı iddiaları yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31