Pakistanda terror aktı: 2 hərbçi öldürüldü - Əməliyyatlar başladı
5 May 2021 15:10 DünyaPakistanda terror aktı nəticəsində 2 hərbçi öldürülüb, 2-si isə yaralanıb.
Olaylar.az xəbər verir ki, Pakistanın Hayber Pahtumva əyalətində yol kənarında yerləşdirilən bomba hərbi avtomobilin keçdiyi sırada partladılıb.
Bundan sonra Pakistan ordusu bölgədə hərbi əməliyyatlara başlayıb. Hücum aktını heç bir terror qruplaşması öz üzərinə götürməyib. Buna baxmayaraq Pakistan ordusu bölgədə Pakistan-Talibanına qarşı əməliyyatlar keçirir.
Pakistan Talibanına qarşı 2014-cü ildən bu yana keçirilən əməliyyatlarda 5 mindən çox terrorçu öldürülüb. Pakistan ordusu isə 700-ə yaxın itki verib. teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31