Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31