Hindistanda "Covid-19"la bağlı son vəziyyət

Koronavirusa yoluxma və ölüm sayı pik həddə çatan Hindistanda son sutkada 355 828 nəfər virusa yoluxub. 

Olaylar.az "worldometers.info" saytına istinadən xəbər verir ki, son 24 saatda  3438 nəfər virusdan vəfat edib. 

Bununla da  ölkədə virusa yoluxanların sayı 20 275 543 nəfərə, ölənlərin sayı  isə 222 383 nəfərə çatıb. 

Qeyd edək ki, Hindistan sutkalıq yoluxma və ölüm sayına görə birinci  yerdədir. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31