SON DƏQİQƏ: Paşinyan BAŞ NAZİR SEÇİLMƏDİ
3 May 2021 16:32 DünyaErmənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.
Erməni KİV-ləri xəbər verir ki, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.
Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.
Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31