Çində ata oğlunu satıb istirahətə getdi

Çində Se adlı ata boşandığı qadından olan oğlunu 158 bin yuana (41 min manata)  sataraq istirahətə gedib. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, 2 yaşındakı oğlunu satan ata, boşandıqdan sonra məhkəmənin qərarı ilə oğluna özü baxıb. Özü başqa şəhərdə yaşayaraq digər ailə üzvlərinə də baxan Se işlərini rahatlaşdırmaq üçün oğlunu satmaq qərarına gəlib.  Ana oğlundan xəbər almadığını görüb, polisə zəng vurub. 

Araşdırmalar nəticəsində məlum olub ki, keçmiş ər və arvad bundan öncə də,  iki qız övladını başqa ailəyə veriblər. 

​​​​​​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31