Əfqanıstanda hərbi bazaya hücum olub - 20-yə yaxın ölən var
3 May 2021 14:07 DünyaƏfqanıstanın Fərəh əyalətində hərbi bazaya hücum baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 18 hərbçi həlak olub, daha 10 nəfər yaralanıb.
Qeyd olunur ki, hücum "Taliban" silahlıları tərəfindən törədilib.
Silahlılar hərbi bazanın ərazisinə yeraltı tunel vasitəsilə daxil olub və partlayış törədib.
Hücum zamanı bazada 30-ya yaxın hərbçi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31