Bəşər Əsədin rəqibləri bəlli oldu - Prezidentliyə 3 namizəd var

Suriya Konstitusiya Məhkəməsi ölkədə keçiriləcək prezident seçkilərində yarışacaq 3 namizədin adını təsdiqləyib. 

Olaylar.az xəbər verir ki, seçkilərdə Bəşər Əsədlə yanaşı daha iki namizəd iştirak edəcək.

Məhkəmə tərəfindən verilən açıqlamada Bəşər Əsədlə rəqabət aparacaq namizədlərin Abdallah Saloum Abdallah və Mahmud Ahmed Marei olduğu bildirilib.

Xatırladaq ki, Suriyada prezident seçkiləri mayın 26-da keçiriləcək. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31