Çin Hindistanda "Covid-19"dan vəfat edənlərin dəfn görüntülərini lağa qoydu
Koronavirusa ilk yoluxmanın qeydə alındığı Çin Hindistanda virusdan vəfat edənlərin dəfn görüntülərini lağa qoyub.
3 May 2021 12:19 DünyaKoronavirusa ilk yoluxmanın qeydə alındığı Çin Hindistanda virusdan vəfat edənlərin dəfn görüntülərini lağa qoyub.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Çinin "Weibo" saytındakı yazıda Çində uçuşa qalxan raket və Hindistanda koronavirus qurbanlarının fotosu yan-yana qoyulub. Paylaşımda "Çindəki yanğınla Hindistandakı yanğın arasındakı fərq" ifadələrinə yer verilib.
Qısa zamanda çox böyük reaksiyalara səbəb olan paylaşım silinib.
Qeyd edək ki, Çində "Covid-19"a ilk yoluxmanın qeydə alınmasına baxmayaraq, ölkədə son sutkada 11 nəfər virusa yoluxub.
Gündən-günə virusa yoluxma və ölüm halları artan Hindistanda isə son sutkada 370 059 nəfər virusa yoluxub, 3422 nəfər virusdan vəfat edib.
Gülər Seymurqızı