Myanmadakı etirazlarda ölənlərin sayı 765 nəfərə çatıb

Myanmada ordunun hakimiyyəti ələ keçirməsindən sonra ölkədə baş  verən kütləvi etirazlarda 765 mülki vətəndaş  vəfat edib. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, 3555 nəfər saxlanılıb, 1369 nəfərin həbsi gözlənilir. 

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31