Xəstəxanada elektrik kəsilib - Koronavirus xəstələri ölüb

Hollandiyanın cənubundakı Maastrixt Universiteti Tibb Fakültəsi Xəstəxanasında elektrik enerjisinin kəsilməsi nəticəsində oksigen aparatına qoşulmuş iki koronavirus xəstəsi ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Faktla bağlı araşdırma aparıldığı, tibb müəssisəsinin istintaqa cəlb olunduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31