"Covid-19"a yoluxmanın qeydə alındığı Vuhanda minlərlə insanın qatıldığı festival keçirilib
3 May 2021 10:15 DünyaKoronavirusa ilk yoluxmanın qeydə alıdığı Çinin Vuhan şəhərində musiqi festivalı keçirilib.
Olaylar.az xəbər verir ki, minlərlə insanın qatıldığı Vuhan Çiyələk festivalında insanlar maskasız və ara məsafəsi olmadan əyləniblər.
Son sutkada Çində 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb. Ümumilikdə, ölkədə 90 697 nəfər virusa yoluxub, 4636 nəfər virusdan ölüb.
Xatırladaq ki, bir müddət öncə İspanya 5 min, Yeni Zenlandiya isə 50 min nəfərlə konsert təşkil etmişdi.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31