İrəvanda atışma: Bələdiyyə başçıları yaralandı

İrəvanda gecə saatlarında atışma baş verib. Hadisə nəticəsində dörd nəfər yaralanıb, onların arasında Şenqavit və Malatiya inzibati bölgələrinin bələdiyyə başçıları da var.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, yaralılardan üçü güllə, biri isə bıçaq yarası alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində tüfəng, tapança, giliz və qan izləri tapıblar.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31