Hindistanda sutkalıq yoluxma sayı 401 mini ötdü
1 May 2021 10:55 DünyaHindistanda sutka ərzində 401 993 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək göstəricidir.
Olaylar.az xəbər verir ki, Son sutkada 3 523 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, aprelin 30-da sutkalıq yoluxma 386 452 nəfər olub.
Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 19,1 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 15,6 milyondan çox xəstə sağalıb. Son sutkada 3 523 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə 211 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31