Putin Qırğızıstan və Tacikistan arasında vasitəçi olmağa hazırdır

"Prezident Vladimir Putin Qırğızıstan və Tacikistan arasındakı münaqişənin həllində vasitəçi olmağa hazırdır".

Olaylar.az APA-ya istinadən xəbər verir ki,   bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RİA "Novosti"yə bildirib: "Sözsüz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, bir sıra formatlardakı ümumi maraqlarımızı nəzərə alaraq, Prezident Putin tərəfdaş ölkələr arasında kəskin problemlərin həllində vasitəçi olmağa hazırdır. O, bunu bir neçə dəfə nümayiş etdirib. Hazırda bu istiqamətdə aparılan diplomatik fəaliyyəti və atəşkəsin əldə olunmasını yüksək qiymətləndirir və alqışlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31