Ukrayna Hindistandan gələn ziyatəçiləri ölkəyə buraxmayacaq

Ukrayna may ayını 2-dən  koronavirusa yoluxma və ölüm halları artan Hindistandan  gələn ziyarətçiləri ölkəyə buraxmayacaq.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Səhiyyə nazirinin müavini Viktor Lyashkomayın sözlərinə görə, ziyarətçilərdən yalnız  yaşayış icazəsi olanlar və Ukrayna vətəndaşları ilə nikahlı şəxslər  ölkəyə buraxılacaq. Lakin həmin şəxslərin 2 həftə karantində olmaları zəruridir. 

Xatırladaq ki, Ukraynada son sutkada 11 min 627 nəfər koronvirusa yoluxub,  387 nəfər vəfat edib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31