“Seçki asan olmayacaq, etirazlar gözlənilir” - Koçaryan

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri asan olmayacaq, nəhəng təşviqat işi aparmaq, komissiyalar qurmaq lazımdır.

Olaylar.az  xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşdə deyib.

Onun sözlərinə görə, seçki günü məntəqələrdə səsləri qorumaqda qətiyyətli və inadkar olan böyük vəkil ordusuna sahib olmaq lazımdır. Bununla yanaşı, Koçaryan küçə savaşlarının, etirazların olacağını  da dilə gətirib. 

Həmçinin, o, Nikol Paşinyanın şansı olmadığını anladığından hüquq-mühafizə sisteminin daha təmkinli davranacağına ümid etdiyini deyib.

"Hakimiyyət seçkiləri saxtalaşdırmaq üçün hər hansı bir addımın nəticələrinin özləri üçün ölümcül olacağını bilməlidir. Saxtalaşdırmalara reaksiya aqressiv və qəti olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31