Yəməndə baş verən partlayış nəticəsində 5 uşaq həlak olub
30 Aprel 2021 12:11 DünyaYəmənin qərbindəki Hudey və cənubdakı Taiz bölgəsində baş verən partlayışlar nəticəsində 5 uşaq həyatını itirib.
Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hude bölgəsində döyüş sursatlarının partlaması nəticəsində 3 uşaq ölüb, 2-si uşaq olmaqla 3 nəfər yaralanıb.
Eyni zamanda, Yəmən ordusunun Taizin qərbindəki Makbana qəsəbəsində husilərin atəşi nəticəsində minaatan mərmisinin partlaması nəticəsində 2 uşaq ölüb.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31