Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada ölüm sayı 13-ə çatdı - Yenilənib
30 Aprel 2021 12:33 Dünya12:33
Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmada 13 nəfər ölüb, 121 nəfər yaralanıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, kəndlilərin daşla davası sərhəddə silahlı hücumla nəticələnib.
Nəticədə 13 nəfər həlak olub 121 nəfər yaralanıb.
10:34
Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmada 1-i uşaq olmaqla 3 nəfər ölüb, 81 nəfər yaralanıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, qarşıdurmaya səbəb hər iki tərəfin supaylama stansiyasının ərazisinin özünə məxsus olduğunu iddia etməsidir.
Xatırladaq ki, ötən gün Tacikistan vətəndaşlarının sərhəddəki yaşayış məntəqəsində təhlükəsizlik kamerası yerləşdirməyə çalışdıqları üçün iki ölkə vətəndaşları arasında daş davası yaşanıb. Məlumata görə, zaman zaman silahlı qarşıdurmalar da yaşanılır.
Gülər Seymurqızı