“Biz buna dözməyəcəyik” – Kreml sözçüsündən əsəbi açıqlama

"Kreml hazırda Çex Respublikasında, Bolqarıstanda və digər ölkələrdə törədilənlərə daha dözməyəcək. Rusiya beynəlxalq aləmdə bu məsələ ilə bağlı dəqiq mövqe nümayiş etdirir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Biz buna dözməyəcəyik, artıq dözmürük və öz mövqeyimizi açıq şəkildə nümayiş etdiririk",- deyə o bildirib.

Eyni zamanda, Peskov Moskvanın Çex Respublikası, Bolqarıstan və Baltikyanı ölkələrlə yaxşı münasibətdə olmaq istədiyini, amma xarici dövlətlərin mürtəce münasibətinə dözməyəcəyini də vurğulayıb. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31