Hindistanda vəziyyət olduqca ağırdır : bu ölkələr köməyə başladı

Son günlər Hindistanda koronavirusa yoluxma və ölüm halları artdığından ölkə çətin vəziyyətdir.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Hindistanda ölüm və  yoluxma sayları göstərilən rəqəmlərdən qat-qat çoxdur.

Hindistana virusla mübarizə məqsədilə  dəstək göndərən ölkələr:

Almaniya Hindistana 23 səyyar oksigen istehsal müəssisəsi göndərib.

Pakistan 50 təcili tibbi yardım maşın göndərib. 

Səudiyyə Ərəbistanı isə gəmiçilik şirkətləri vasitəsi ilə bu ölkəyə maye oksigen göndərib.

Sinqapur Hindistana 4 kriogen oksigen tankı çatdırıb.

İngiltərə Hindistana 140 ventilyator və 495 oksigen generatoru göndərib. 

ABŞ oksigen dəstəyi, Covid-19 testləri, dərman və qoruyucu vasitələr göndərəcəyini açıqlayıb. 

Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Hindistan Xarici İşlər naziri ilə telefon danışığında Türkiyənin Hindistana yeni  virusla  mübarizədə kömək etməyə hazır olduğunu bildirib.

Avstraliya, ABŞ və Yaponiya isə Hindistan da daxil olmaqla, ehtiyacı olan bütün Asiya ölkələrinə kömək etmək üçün Quad adlı bir ittifaq yaradıblar.  Məqsəd Asiyaya 1 milyard dozada peyvənd göndərməkdir.

Hindistandakı son vəziyyət

Son 24 saatda Hindistanda 360 min 960 nəfər "covid-19"a yoluxub,  3 min 293 nəfər virusdan vəfat edib.  Bununla da ölkədə virua yoluxanların sayı 17 milyon 997 min 267 nəfərə,  ölənlərin sayı isə 201 min 187 nəfərə  çatıb .

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31