"Evinin qabağında initihar edəcəm"
29 Aprel 2021 13:55 DünyaAktyor və rejissor Yılmaz Erdoğan prokurorluğa şikayət edib.
Olaylar.az xəbər verir ki, Nurəddin adlı şəxs Yılmazın atası Nizam Erdoğanın ona 100 min lirə (20 min 730 manat) borcu olduğunu bildirib.
Daha sonra o, aktyora "Nə qədər pulun var. Atanın borcunu niyə ödəmirsən? Əgər pulumu qaytarmasan, evinin qabağında initihar edəcəm" kimi sözlər yazaraq şantaj edib.
Baş verənlərdən sonra həmin şəxs haqqında araşdırma aparılıb. Yılmaz atasının həqiqətən də Nurəddinə borcu olduğunu öyrəndikdən sonra şikayətini geri çəkib. axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31