Türkiyədən sevindirici xəbər: Hamı xilas olacaq

"Yaxın günlərdə Türkiyə yerli peyvəndin 3-cü mərhələsinin testlərinə başlayacaq".

Olaylar.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca belə açıqlama verib. O bildirib ki, bu kütləvi istifadədən əvvəlki son mərhələdir. İlk iki mərhələnin sınaqları könüllülər üzərində aparılıb və uğurlu nəticələr əldə edilib. Nazirin sözlərinə görə, digər daha bir yerli peyvəndin isə 1-ci mərhələsinin testləri həyata keçirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan xarici ölkələr arasında peyvəndlə bağlı ədalətsiz bölüşdürmənin olduğunu bildirərək, yerli peyvəndin ədalətli formada bütün dünyaya satacaqlarını bəyan etmişdi. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31