Türkiyə PUA-ları İraqda 5 terrorçunu məhv etdi
29 Aprel 2021 12:04 DünyaTürkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatının 5-ci günündə PKK qruplaşmasının 5 terrorçusu zərərsizləşdirilib.
Olaylar.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Terrorçular pilotsuz uçuş aparatlarının endirdiyi zərbələrlə məhv edilib. Bununla da İrqaın şimalında reallaşdırılan əməliyyatlar zamanı zərərsizləşdirilən terrorçuların sayı 42-yə çatıb.
Qeyd edək ki, əməliyyat aprelin 24-də başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31