2 gün əvvəl peyvənd olunan Hindistanın tanınmış aktyoru vəfat etdi / FOTOLAR
28 Aprel 2021 13:01 DünyaHindistanın məşhur aktyoru, komediya ustası 59 yaşlı Tamil Vivek koronavirusa qarşı peyvənd olunduqdan iki gün sonra vəfat edib.
Olaylar.az xəbər verir ki, aktyorun infarkt keçirdiyi bildirilir. Ailəsi bildirib ki, aktyorun halı qəfil pisləşib. O, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. Aktyorun ölüm səbəbinin peyvəndlə əlaqəsinin olub-olmadığı araşdırılır.
Qeyd edək ki, aktyor kameralar qarşısında peyvən olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


