Hindistanın Assam əyalətində 6 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb. Zəlzələ ocağının dərinliyi 34 kilometr olub.
Qeyd edək ki, hazırda Hindistanda koronavirusa yoluxma və ölüm sayı artıb. Bu səbəbdən ölkənin səhiyyə sistemi çökmüş durumdadır.
Gülər Seymurqızı