Hindistanda "Covid-19" qurbanlarını yandırmağa yer qalmayıb - Video
28 Aprel 2021 10:35 DünyaKoronavirus epidemiyasının ikinci dalğası ilə mübarizə aparan Hindistanda krematoriyalarda (cəsədlərin yandırıldığı yer) yer qalmadığından cəsədlər boş ərazilərdə yandırılır.
Olaylar.az "Haberglobal"a istinadən xəbər verir ki, paytaxt Yeni Delhidə parklarda və digər boş krematoriyalar tikilir. Məlumata görə, cənazələri yandırmaq üçün parklarındakı ağacları kəsilir.
Son günlər virusa yoluxma və ölüm sayları artdığına görə ölkənin səhiyyə durumu da çömüş vəziyyətdir.
Qeyd edək ki, Hindistanda son sutkada 362 902 nəfər virusa yoluxub, 3285 nəfər vəfat edib.
Bununla da ümumi yoluxma sayı 17 milyon 988 min 637-yə, ölənlərin sayı isə 201 min 165-ə çatdı.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31