Üçüncü dəfə koronavirusa yoluxanlar... - XƏBƏRDARLIQ
28 Aprel 2021 08:18 DünyaBunu anlamaq lazımdır, xəstəlik istənilən səviyyədə immunitet yaratmır. Mən xəstəliyi keçirmişəm deyib arxayın olmayın. Xəstələrimiz arasında üçüncü dəfə infeksiyaya yoluxanlar var. Xəstəlik keçirənlərdə yaranmış immunitet onları 6 ay qoruyur. Hətta xəstəxanamızda xəstəlikdən 2 ay sonra yenidən əziyyət çəkən insanlara rast gəlinir. Xəstəlik keçirənləri və vaksin olunanları nəzərə alıb yumşaltmaya getsək, vəziyyət gərginləşə bilər. Hindistan bunu etdi və böyük bir partlayış yaşandı.
Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Mehmet Ceyhan məlumat verib. Ekspert peyvənd və karantin tədbirlərini birgə davam etdirməyin vacibliyini qeyd edib:
"Mutant virusun yayılmasından sonra yenidən yoluxma halları qeydə almışıq. Odur ki, vaksin virusa yoluxanlara 6 aydan sonra deyil, daha tez vurula bilər.