DƏRMAN tapıldı, KARANTİN ləğv olunacaq - Dünyanın gözlədiyi XƏBƏR
27 Aprel 2021 14:27 Dünya"Pfizer" şirkəti COVID-19 infeksiyasına son verə biləcək dərmanın insan üzərində testlərinə başlayıb.
Olaylar.az xəbər verir ki, testlər ABŞ və Belçikada həyata keçiriləcək.
PF-07321332 adlı antiviral dərman koronavirus infeksiyası əlamətləri olan insanlarda xəstəliyin kəskinləşməsini dayandıracaq. Beləliklə, virusa yoluxan insan ən qısa müddətdə sağalacaq.
Qlazqo Universitetinin professoru Kevin Blith "antiviral dərmanlar işə yarasa, hər şey yaxşılaşar və karantinə ehtiyac olmaz" deyə bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31