Zelenski Putinlə görüşə can atır, Putin isə... - Markov
27 Aprel 2021 10:30 DünyaKilsə və rus dili mövzularında danışıqlar aparılması ilə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ukrayna Prezidenti Zelenski Putinlə Donbasdakı vəziyyəti müzakirə etmək istəyir.
Olaylar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Zelenski Putinlə görüşməyə can atır, amma alınmır. Əsasən Donbası müzakirə etmək istəyir, amma Putin Donbas məsələsini indi müzakirə etməyəcək", - Markov bildirib.
Markovun sözlərinə görə, müsbət nəticə əldə etmək üçün görüş lazımi səviyyədə hazırlanmalıdır.
Qeyd edək ki, Zelenski prezident ofisinə Putinlə görüşün detallarını müəyyənləşdirmək üçün göstəriş verdiyini, Ukraynada rus dili və kilsələri də Rusiya lideri ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31