Nigeriyada hərbi konvoya hücum edilib: 31 əsgər ölüb

Terror təşkilatı olan Boko Haramın Nigeriyanın Borno əyalətindəki hərbi konvoya hücumu nəticəsində 31 əsgərin öldüyü bildirilib. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, məlumata görə hücum nəticəsində 1 komandir olmaqla 31 əsgər ölüb.

Xatırladaq ki, Nigeriyada 2009-cu ildən bəri Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan ölüb, yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31