Qazaxıstanın Səhiyyə naziri yerli “QazVac” peyvəndi vurdurub
27 Aprel 2021 10:25 DünyaQazaxıstan Səhiyyə naziri Aleksey Tsoy ölkədə istehsal olunan koronavirusa qarşı "QazVac" peyvəndini vurdurub.
Olaylar.az bu ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yerli peyvənd bir nəfər üçün iki dozadan ibarətdir.
Qazaxıstan peyvəndinin ilk partiyası Elmi Tədqiqat Bioloji Təhlükəsizlik Problemləri İnstitutunda 50 min dozada istehsal olunub və artıq bölgələr arasında paylanmaqdadır.
Qazaxıstan dünyada peyvənd istehsalına başlayan və peyvənd istehsalının tam dövrünü müstəqil olaraq mənimsəyən ilk beşliyə daxil olan on ölkə sırasına daxil edilib. Ölkə üzrə təxminən 900 min nəfər koronavirusa qarşı peyvənd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31