Putin Bəşər Əsəd ilə telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putin və onun suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub.

Olaylar.az  APA-ya istinadən bildirir ki, V. Putin B. Əsədlə koronavirusla mübarizədə əməkdaşlıq, Rusiya peyvəndinin Suriyaya göndərilməsi məsələlərini müzakirə edib.

Tərəflər Konstitusiya Komitəsinin fəaliyyəti çərçivəsində Suriyada sülh prosesinin irəliləməsinə də diqqət ayırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31