Türkiyədə avtomobil aşıb, 3 hərbçi yaralanıb

Türkiyədə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində hərbi avtomobilin aşması nəticəsində 3 hərbçi yaralanıb.

Olaylar.az   "CNN Türk"ə istinadən xəbər verir ki,  hadisə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində Aslankaya tuneli yaxınlığında baş verib.

Hərbçiləri daşıyan avtomobilin sürücüsü yağışdan sonra sürüşkən yolda idarəetməni itirməsi səbəbindən  avtomobil aşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31