Rusiyada alkoqol satışı 10 gün müddətində qadağan edilir
26 Aprel 2021 14:14 DünyaRusiyada kütləvi peyvəndləmə prosesi aparıldığına görə, ölkədə alkoqol satışı qadağan edilib.
Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən, 1 May Əmək günü və 9 May Qələbə günü səbəbindən Rusiyada 1 May - 11 May tarixləri arasında tətil elan edilib.
İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin sədri Anna Popova kütləvi peyvəndləmə aparıldığına görə, bu müddətdə alkoqol istifadəsini dayandırmağı tövsiyə edib. O "Spirtli içikilər koronavirusunun qarşısını almır, əksinə yayılmasına səbəb olur"- deyə söyləyib.
Bu müddətdə spirtli içki qəbul etmək istəyənlər isə cəzalandırılacaq.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31