Almaniya Hindistana yardım göndərəcək
26 Aprel 2021 12:01 DünyaAlmaniya Hindistana koronavirusla mübarizə üçün oksigen aparatı və dərmanlar göndərəcək.
Olaylar.az "Röyter"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya xarici işlər naziri Heiko Maas verib. Nazir "Rheinisşe Post" qəzetinə verdiyi açıqlamada, "Hindistanda ikinci dalğa çox sərt keçir. Yeni mutasiyanın qarşısını almaq üçün bunu etməliyik"- deyə bildirib.
Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünya üzrə birinci yerdədir.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31