40 nəfərlik erməni qruplaşması türk ailəyə silahlı hücum etdi: Yaralılar var
26 Aprel 2021 11:50 DünyaFransada 40 ermənidən ibarət qrup türk ailənin evinə hücum edib.
Olaylar.az "Anadolu Agentliyi"nə istinadən bildirir ki, hadisə Saint-Die-Des-Vosges şəhərində baş verib. Hücum edən şəxslər bıçaq və silahdan istifadə ediblər. Nəticədə 4 nəfər yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə səbəb 24 apreldə hər iki tərəf arasında yaranan gərginlik olub. Belə ki, ermənilərdən biri qarşı tərəfin oğlunun üzərinə maşın sürüb. Mübahisəni aradan qaldırmaq üçün ailələr görüşüb və ortaq yol tapdıqlarını düşünüblər. Lakin hadisədən bir gün sonra sözügedən təxribat reallaşıb.
Qeyd edilib ki, ermənilərdən ibarət 40 nəfərlik qrupda Qarabağ müharibəsində iştirak edən biri də olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31