MKP Co Baydenin bəyənatını pisləyir

"24 aprel 2021-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin saxta erməni soyqırımını tanıyan bəyanatla çıxış etməsi bu dövlətə Türkiyənin və Azərbaycanın münasibətlərində uzun müddətli bir etimadsızlıq yaradacağı qaçılmazdır". "Olaylar" xəbər verir ki, bunu deyən  Milli Konqres Partiyasını sədri İxtiyar Şirinin sözlərinə görə, MKP Co Baydenin bu bəyanatını rədd edir və pisləyir: "Partiyamız dövlətimizi və vətəndaşlarımızı erməni diasporunun və Ermənistan dövlətinin bu bəyanatdan yararlanıb Türkiyəyə və Azərbaycana qarşı edə biləcəkləri istənilən provakasiyaların qarşısının alınmasına da hazır olmağa çağırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31