Vətən müharibəsinin şəhidi Nardaranda dəfn edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, şəhid Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusuHüseyn Xəlilovun nəşi xəstəxanadan götürülərək Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə aparılıb.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31