Myanmada etiraz nümayişlərində ölənlərin sayı artır
26 Aprel 2021 10:48 DünyaMyanmada hakimiyyəti ələ keçirən orduya qarşı etiraz aksiyalarında ölənlərin sayı 751-ə çatıb.
Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki, etirazda bu günədək iştirak edən 3 min 431 nəfər saxlanılıb.
Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31