Hindistanda son sutkada "Covid-19"a yoluxanların sayı 350 mini ötdü

Hindistanda son 24 saatda 354 min 531 nəfər koronavirusa yoluxub, 2 806 nəfər virusdan vəfat edib.

Olaylar.az "Worldmeters" saytına istinadən xəbər verir ki, bununla da ölkədə 17 306 300 nəfər "Covid-19"a yoluxub, 195 116 nəfər nəfər virusun qurbanı olub. 

Qeyd edək ki, Hindistanda aprel ayının 22-dən virusa yoluxma halları artıb. Bu səbəbdən ölkə virusa yoluxma sayına görə  dünya üzrə birinci yerdədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31