Türkiyə: "Soyqırım"ı tanıyan Baydenin cavabını verəcəyik!
26 Aprel 2021 10:18 DünyaTürkiyə növbəti aylarda ABŞ prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına adekvat cavab verəcək.
Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
"Qarşıdakı gün və aylarda fərqli formalarda qarşılıq veriləcək", - deyə Kalın bildirib.
Qeyd edək ki, Ağ Ev rəhbəri C.Bayden 1915-ci il olayları ilə bağlı açıqlamasında erməni "soyqırımı" ifadəsini işlətmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31