Rusiyada son sutkada COVID-19-dan 398 nəfər ölüb
23 Aprel 2021 16:05 DünyaRusiyada son sutka ərzində daha 8840 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Olaylar.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 744 961 nəfərə çatıb.
Son sutka ərzində 398 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 107 501 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31