Çexiya Rusiya səfirliyində çalışan 63 işçini ölkədən çıxaracaq
23 Aprel 2021 13:21 DünyaÇexiya xarici işlər naziri Cakup Kulhanek Rusiya səfirliyində çalışan 63 işçisinin deportasiya edilməsinə qərar verdiyini açıqlayıb.
Olaylar.az "DHA" ya istinadən xəbər verir ki, Praqadakı rus diplomatların sayı Moskvadakı çex diplomatların sayı ilə bərabərləşdirilir. Bu səbəbdən 63 diplomat ailəsi ilə birgə Çexiyanı tərk edəcək.
Kulhanek açıqlamasında "Mayın sonunadək Rusiya vətəndaşlarını geri çağırmalıdır", ifadəsini də işlədib.
Xatırladaq ki, iki ölkə arasındakı gərginliyin səbəbi Çexiyanın 2014-cü ildə silah-sursat anbarındakı partlayışa görə Rusiyanı günahlandırmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31